"O, sanki evinin həyətində oynayır"

İspaniya millisinin baş məşqçisi Luis Enrike "Barselona"nın yarımmüdafiəçisi Qavinin yığmada debüt etməsini şərh edib.

Newsport.az xəbər verir ki, 17 yaşlı oyunçu Millətlər Liqasının yarımfinalında dünən keçirilən İtaliya ilə matçda (2:1) 83 dəqiqə meydanda olub.Bununla da, o, İspaniya millisində oynayan ən gənc futbolçu olub.

Enrike Qavi ilə bağlı deyib: "O, sanki evinin həyətində oynayır. Bu, qeyri-adi haldır. Belə bacarıqlı  futbolçu görmək çox xoşdur. O, milli komandanın həm bu günü, həm də gələcəyidir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right