Kloppdan "Barselona"ya mənfi cavab

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Barselona"nı çalışdırmaqdan imtina edib.

Newsport.az sport.es-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi alman mütəxəssislə əlaqə saxlayıb və ondan Ronald Kumanı əvəzləməyi istəyib-istəmədiyi barədə soruşub. "Barselona" Kloppdan mənfi cavab alıb. Çalışdırıcı "Liverpul"la müqaviləsi başa çatdıqdan sonra istirahət etməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, Klopp 2015-ci ildən "Liverpul"u çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right