"Çox yaxşı insan olduğunu deyirlər, amma baş məşqçi kimi..."

İtaliya milli komandasının sabiq futbolçusu Antonio Kassano Maurisio Poçettionun PSJ-dəki karyerasını dəyərləndirib.

Newsport.az xəbər verir ki, italiyalı argentinalı mütəxəssisin Paris klubunda çox qalmayacağını düşündüyünü dilə gətirib:

“Poçettinonun PSJ-dəki karyerası qısa olacaq. Onun haqda yaxşı sözlər demirlər, haqqında xoş olmayan söhbətlər gəzir. Poçettionun çox yaxşı insan olduğunu deyirlər, amma baş məşqçi kimi...Onların taktiki çalışmalar üçün vaxtı yoxdu. Komandanın buna çox ehtiyacı var. Poçettionun futbolçulardan oyun planında məsləhətlər aldığına isə inana bilmirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right