Ranyeri yenidən Premyer Liqa klubunda

İtaliyalı mütəxəssis Klaudio Ranyerinin yeni klubu müəyyənləşib.

Newsport.az "The Atletic"ə istinadən xəbər verir ki, 69 yaşlı məşqçi "Uotford"u çalışdıracaq. İngiltərə Premyer Liqasında çıxış edən klubun Ranyeri ilə razılığa gəldiyi bildirilib. Bugünlərdə təyinatın rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, italiyalı mütəxəssis daha əvvəl İngiltərə ""Çelsi", "Fulhem" və "Lester"i çalışdırıb. O, 2016-cı ildə "Lester"lə Premyer Liqanın qalibi olub. Ranyeri son klubu "Sampdoriya"dan yazda ayrılıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right