Portuqaliya klubunun məşqçisi: "Renat Portuqaliyada özünü göstərməyi bacarır"

Azərbaycan millisinə dəvət alan Renat Dadaşov icarə əsasında çıxış etdiyi "Tondela"da adından söz etdirməyi bacarır.

Newsport.az xəbər verir ki, forvard yeni komandasında 2 qol vurmağı bacarıb. "Santa Klara"nın məşqçisi Danildo Assioli saytımıza açıqlama verərək Dadaşov barədə danışıb.

Vaxtilə "İnter"də(indiki "Keşlə") 5 ilə yaxın çıxış etmiş Danildonun fikrincə, millimizin hücumçusu artıq özünü Portuqaliyada göstərməyi bacarır: "Dadaşovu "Tondela"dan tanıyıram. O, maraqlı yol keçməyi bacarıb. Portuqaliyada özünü göstərməyi bacarır. 

Gənc yaşda hər futbolçu "Vulverhempton"da oynaya bilmir. Dadaşov bu komandaya məxsusdu. Onun Azərbaycan millisinin azarkeşlərini sevindirəcəyinə inanıram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right