"Ronaldonun yoxluğu hiss olunur"

"Yuventus"un futbolçusu Leonardo Bonuççi Kriştiano Ronaldonun Turin təmsilçisindən "Mançester Yunayted"ə keçidindən danışıb. 

Newsport.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "Football İtalia"ya açıqlamasında 36 yaşlı hücumçunun yoxluğunun hiss olunduğunu deyib: 

"Dünyanın ən yaxşı oyunçusunun "Yuventus" üçün bütün qələbələri təkbaşına təmin edə biləcəyini düşünürük. Ronaldonun varlığı bizə çox təsir etmişdi. Əlbəttə ki, onunla oynamaq möhtəşəm təcrübə idi. O, komandaya kuboklar da qazandırdı. Ronaldonun yoxluğu hiss olunur". 

Qeyd edək ki, Ronaldo ötən ay "Mançester Yunayted" ilə 2+1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right