“Birlikdə çalışaraq özümüzü inkişaf etdirə bilərik” Messi

PSJ-nin futbolçusu Lionel Messi Çempionlar Liqasında “Mançester Siti”yə qarşı keçirdikləri oyunu (2:0) şərh edib.

Newsport.az xəbər verir ki, görüşdə komandasının 2-ci qolunu vuran Messi, bunları deyib:

“Brügge” ilə bərabərə qaldıqdan sonra “Mançester Siti”ylə oyunun əhəmiyyəti daha artdı. Qol vurduğum üçün xoşbəxtəm. Son günlərdə bir oyuna çıxa bilmişdim, bu da ikinci oldu. Yavaş-yavaş komandaya və komanda yoldaşlarıma uyğunlaşıram. Əsas olan qələbə qazanmaq idi və bunu bacardıq.

Kilian Mbappe və Neymarla birlikdə nə qədər çox oynasaq, o qədər yaxşı olacağıq. Birlikdə çalışaraq özümüzü inkişaf etdirə bilərik. Bu performansı davam etdirməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right