Benzema Raulu da geridə qoydu

İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema UEFA Çempionlar Liqası tarixində ən çox qol vuran 4-cü futbolçu olub. Newsport.az xəbər verir ki, 34 yaşlı futbolçu buna evdə Moldova "Şerif"inə 1:2 hesabı ilə uduzduqları oyunda nail olub.
 
64-cü dəqiqədə penaltidən fərqlənən fransalı forvard Madrid təmsilçisinin sabiq oyunçusu Raul Qonsalesi üstələyərək turnirdə 72-ci qoluna imza atıb.
 
Benzema hazırda yalnız üç futbolçudan geri qalır. “Mançester Yunayted”də çıxış edən Kristiano Ronaldo ÇL-də 136, PSJ-nin hücumçusu Lionel Messi 120, Rovert Levandovski (“Bayern”) isə 75 qola imza atıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right