De Xea 7 illik həsrətə son qoydu

İngiltərə Premyer Liqasının 5-ci turunda keçirilən “Vest Hem” - “Mançester Yunayted” matçı (1:2) qonaqların qapıçısı David de Xea üçün əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, ispaniyalı qapıçı qarşılaşmanın 90+4-cü dəqiqəsində London təmsilçisinin yarımmüdafiəçisi Mark Noblun penaltisini dəf edib.

Bununla da, De Xea 7 ildən sonra Premyer Liqada penaltini zərərsizləşdirib.O, sonuncu dəfə 2014-cü ildə "Everton"la görüşdə bunu bacarmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right