"Barselona" Kumana təzminat ödəyəcək?

"Barselona" Ronald Kumanla yollarını ayıracağı təqdirdə təzminat ödəməli olacaq. 

Newsport.az xəbər verir ki, klubla müqaviləsi mövsümü sonunda başa çatacaq niderlandlı mütəxəssis Kataloniya klubundan 6 milyon avro ala bilər. Məsələ burasındadır ki, Kuman "Barselona"ya gəlmək üçün Niderland Futbol Federasiyasına təzminat ödəyib.

​Belə ki, millinin baş məşqçi postundan "Barselona"ya görə ayrılan təcrübəli mütəxəssis Kataloniya klubundan göndəriləcəyi təqdirdə təzminat ödəniləcəyi maddəsini müqaviləyə daxil edib. Çempionlar Liqasına uğursuz start verən "Barselona"da isə rəhbərlik Kumanı yola salmaq niyyətindədi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right