"Barselona" Sterlinqi istəyir

"Mançester Siti"nin hücumçusu Rahim Sterlinq karyerasını İspaniyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə sport.es məlumat yayıb. Bildirilib ki, "Barselona" ingilis futbolçunu transfer etmək istəyir.

Kataloniya klubunun 26 yaşlı futbolçunu qış transfer pəncərəsi üçün prioritet hədəfə çevirdiyi bildirilib. Yayda klub Sterlinqi icarəyə götürməyə çalışsa da, futbolçu İngiltərədə qaıb. Bu mövsüm futbolçu bütün turnirlərdə 6 oyuna çıxıb və 1 qol vurub.

Sterlinq 2015 -ci ildə "Liverpul" dan "Mançester Siti" yə keçib. Futbolçunun klubla müqaviləsi 2023 -cü ilin iyununda başa çatacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right