"Mbappeni ala bilmədiyimiz üçün məyus deyiləm" Karlo Ançelotti

"Real"ın baş məşqçisi Karlo Ançelotti PSJ-nin futbolçusu Kilian Mbappe üçün göndərdikləri transfer təklifinin rədd edilməsi barədə danışıb. 

Newsport.az-ın məlumatına görə, 62 yaşlı mütəxəssis 22 yaşlı hücumçunu ala bilmədikləri üçün təəssüflənmədiyini deyib: 

"Mbappe əla oyunçudur. Amma onu transfer edə bilmədiyimizə görə məyus deyilik. Çünki komandamızın heyətində güclü futbolçular çoxdur".

Qeyd edək ki, "kral klubu" fransalı oyunçu üçün Paris təmsilçisinə bir neçə dəfə təklif göndərsə də, PSJ bunu qəbul etməyib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right