"Ailəmin "Barselona" variantına üstünlük verəcəyini düşünürəm"

Niderland millisinin sabiq futbolçusu, hazırda “Ayaks”da idman direktoru kimi çalışan Mark Overmars “Barselona”da eyni vəzifədə çalışmaq istədiyini etiraf edib.

Newsport.az-ın məlumatına görə, ötənlərin məşhur futbolçusu Kataloniya klubunda çalışmağa hazır olduğunu deyib: “İndi hər şey çox sadədi, ya “Ayaks”da qalacam, ya da ailəliklə xaricə gedəcəyik. Bu qatarı 6 dəfə əlimdən qaçırmışam. “Arsenal” və “Barselona” maraqlı variantlardı. Ancaq ailəmin İspaniya variantına üstünlük verəcəyini düşünürəm. Orada özümüzü çox rahat hiss edərdik. Özüm də “Barselona”nı seçərdim”.

Bir müddət əvvəl “Barselona” və “Arsenal”dan təklif aldığı deyilən Overmarsın hansı klubda çalışacağı maraqla gözlənilir. Karyerası ərzində “Qo Ehed İqls”, “Villem II”, “Ayaks”, “Barselona”, “Arsenal” klublarında oynamış veteran futbolçu hazırda Amsterdam klubunda idman direktoru vəzifəsində çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right