“O, cərimə meydançasında Neymardan daha təhlükəlidir”

“Barselona”nın baş məşqçisi Ronald Kuman yeni transferləri Luk de Yonqla keçmiş hücumçuları Neymarı müqayisə edib.

Newsport.az-ın məlumatına görə, Kuman de Yonqun hücumun mərkəzində daha yaxşı olduğunu deyib:

“Luk de Yonq cərimə meydançasında Neymardan daha təhlükəlidir. “Barselona”nın belə hücumçusu yox idi. Hər komandada de Yonq kimi forvard olmalıdır. Ötən il klub rəhbərliyinə onun kimi hücumçuya ehtiyacımız olduğunu demişdim”.

“Barselona” de Yonqu “Sevilya”dan icarəyə götürüb. Hazırda PSJ-də çıxış edən Neymar 2013-2017-ci illərdə “Barselona”da forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right