“Milan”ın hücumçusu koronavirusdan sağaldı

taliyanın “Milan” klubunun hücumçusu Olivye Jiru koronavirusdan sağalıb.

Newsport.az-ın məlumatına görə, fransalı 34 yaşlı futbolçudan sentyabrın 2-də götürülmüş COVİD-19 testi pozitiv çıxmışdı.

Klubun yaydığı son məlumata görə, təcrübəli hücumçudan sentyabrın 10-da götürülmüş sonuncu testin nəticəsi mənfi çıxıb. O, bu gün ətraflı tibbi müayinədən keçdikdən sonra komanda ilə məşqlərə başlaya biləcək.

Jiru “Milan”a bu yay keçib. O, cari mövsümdə A Seriyası çərçivəsində meydana çıxdığı 2 oyunda 2 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right