Aquero: “Pulla maraqlanmırdım və…”

“Barselona”nın futbolçusu Serxio Aquero açıqlama verib.

Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu, “Barselona”ya keçidindən danışıb:

“Barselona”ya gələndə klubun maliyyə problemləri yaşadığını bilirdim. Pulla maraqlanmırdım və “Barselona”da oynamaq istəyirdim. Menecerimə dedim ki, bu məsələni həll etsin.

Danışıqlar zamanı Lionel Messi ilə söhbətləşdim. Sonra o, komandadan ayrıldı və mən şok oldum. Şübhəsiz ki, yenə də “Barselona” ilə müqavilə imzalayardım. Messi ilə danışdım və o, yenidən Barselonada yaşayacağını dedi. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Aquero bu yay “Mançester Siti”dən ayrılaraq “Barselona”ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right