"Barselona" və Ukrayna millisinin sabiq futbolçusu Dmitri Çiqrinski özünə yeni komanda tapıb.
Newsport.az xəbər verir ki, o, Yunanıstanın "İonikos" klubuna keçib.
Çiqrinski Yunanıstan klubu ilə 1 illik müqavilə imzalayıb.
34 yaşlı müdafiəçi karyerası ərzində “Şaxtyor”, “Barselona”, “Dnepr”, AEK klublarında çıxış edib.