Kasilyas ilk qapıçı təlim mərkəzini açdı

İspaniya millisinin və "Real"ın sabiq qapıçısı İker Kasilyas Dubayda ilk qapıçı təlim mərkəzini açıb.
 
Newsport.az "AS"a istinadən xəbər verir ki, layihə "Birləşmiş Ərəb Əmirlikləri və Yaxın Şərqdə yeni başlayan gənc qapıçıların bacarıqlarını inkişaf etdirmək" məqsədi daşıyır.

Mərkəz həm də fərqli ölkələrdən fərqli klublarda çalışan mütəxəssislər hazırlayacaq və qapıçı məşqçiləri yetişdirəcək.

Kasilyas açdığı təlim mərkəzi ilə bağlı deyib: "Hər zaman mənə hər şeyi verən bu idman növünə olan borcumu ödəmək arzusunda olmuşam və həmişə qapıçılar üçün bir təlim mərkəzi açmaq istəmişəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right