"Barselona"da ciddi itki

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itkilər baş verib.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin mərkəz müdafiəçisi Jerar Pike zədələnib. La Liqanın 2-ci turunun "Atletik"lə oyunuda zədələnən təcrübəli futbolçunun müalicəsinə başlanılıb. 34 yaşlı müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı bilinmir.

"Barselona"nın digər mərkəz müdafiəçisi Erik Qarsiya da növbəti matçda komandasına kömək edə bilməyəcək. 20 yaşlı futbolçu "Atletik"lə görüşün son dəqiqələrində qırmızı vərəqə alaraq cəzalı duruma düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right