Messi PSJ-də nə qədər qazanacaq?

Lionel Messinin PSJ ilə imzaladığı müqavilənin detalları məlum olub .

Newsport.az-ın məlumatına görə, argentina hücumçu 2 il ərzində Fransa klubunda 120 milyon avrodan çox qazanacaq.

PSJ Lionelə 40 milyon avro, illik maaş olaraq isə 41 milyon avro ödəyəcək. Bundan başqa, əlavə mükafatlar müqavilədə göstərilib. Məsələn, 34 yaşll oyunçu PSJ ilə Çempionlar Liqasını  və ya "Qızıl top"u qazansa, mükafat alacaq.

Beləliklə, Messi  Neymarı (illik 36.5 milyon avro) və Kilian Mbappeni (illik 25 milyon avro) qabaqlayaraq Paris təmsilçisinin ən çox qazanan oyunçusu olacaq.

Tərəflər müqavilənin bir il müddətinə uzadılması variantından istifadə edərsə, forvard PSJ-də ümumilikdə 163 milyon avro qazana bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right