Messi Batistutanı geridə qoydu

Argentina milli komandası Amerika kubokunun qrup mərhələsinin ilk turunda Çili ilə 1:1 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, Argentinanın görüşdəki yeganə qolunu vuran Lionel Messi millinin tarixinə düşüb. 33 yaşlı hücumçu Çili ilə oyunda fərqlənərək, yığma ilə rəsmi oyunlarda vurduğu qolların sayını 39-a çatdırıb. Messi bu göstəricidə rekordçu olub.

Bundan əvvəlki rekordçu Qabriel Batistuta idi. Sabiq hücumçu Argentina ilə rəsmi oyunlarda 38 qol vurub.

Messi ümumilikdə Argentina yığması ilə 145 oyunda 73 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right