AÇ-2020: Avropa çempionatının yeni rekordçusu

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem Avropa çempionatlarının tarixinə düşüb.

Newsport.az-ın məlumatına görə, o, bu turnirin ən gənc futbolçusu ünvanına sahib çıxıb.

AÇ-2020-nin ilk turunun Xorvatiya ilə qarşılaşmasında meydana çıxan Bellingem 17 yaş 349 günündə olub. Bununla da o, niderlandlı Yetro Villemsin 2021-ci ildə imza atdığı rekordunu (18 yaş 71 gün) qırıb.

“Birmingem”in yetirməsi olan Bellingem 2020-ci ilin yayından Almaniyanın “Borussiya” (Dortmund) klubunun uğurları üçün çalışır.

İngiltərə yığması Xorvatiya ilə oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right