Zidanın oğlunun yeni klubu

"Real"ın sabiq futbolçusu Enzo Zidanın yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Fransa ikinci divizion təmsilçisi "Rodez"ə transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb. Futbolçu yeni klubunda 5 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, E.Zidan "Real"ın sabiq çalışdırıcısı Zinəddin Zidanın oğludur. Fransalı mütəxəssis 10 il əvvəl "Rodez"in səhmdarı olub.

Qeyd edək ki, E.Zidanın son olaraq Mərakeş "Vidad"ında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right