"Hər şeyi düzgün etməyə çalışacağam" Messi

Argentina millisinin kapitanı Lionel Messi Amerika kuboku öncəsi fikirlərini bildirib.

Newsport.az Argentina Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, o, turnir öncəsi çox həyəcanlı olduğunu deyib:

"Hər şeyi düzgün etməyə çalışacağam. Son Amerika kubokunda yaxşı təsir bağışladıq, lakin inkişafa davam etməliyik. Son seçmə oyunlar yaxşı idi. Bu matçlardan çox vaxt keçdi və bir araya gələ bilmədik. Sürətlə yolumuza qayıtmalıyıq. Milli komandadakı bütün həmkarlarımla birlikdə olduğum üçün xoşbəxtəm".

Qeyd edək ki, Argentina Amerika kubokunun qrup mərhələsində Uruqvay, Paraqvay və Boliviya ilə qarşılaşacaq. Turnir 11 iyun - 10 iyul tarixlərində Braziliyada keçiriləcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right