Flik "Bavariya"dan ayrılmasını belə şərh etdi

Hans-Diter Flik bu mövsümün sonunda "Bavariya"nın baş məşqçi vəzifəsindən getməsi qərarını şərh edib.

Newsport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis klubun saytına açıqlamasında Münhen təmsilçisində çalışdığı son iki ilin onun üçün unudulmaz olduğunu deyib: "O duyğuları, qələbələri, adları və meydandakı gündəlik işi çox sevirdim. İnanılmaz bir vaxtdır. Uğura ancaq birlikdə nail olmaq olar! Məşqçi komandası olmadan heç bir şey deyil. Münhendə fantastik oyunçularla görüşmək qismət oldu. "Bavariya" ailəsinə gələcək üçün ən yaxşısını diləyirəm".

Flik oyunçulara və rəhbərliyə "Bavariya"da çalışdığı illər üçün təşəkkür edib.

Qeyd edək ki, "Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmann 1 iyul 2021-ci ildən Münhen klubunu çalışdıracaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right