"Tottenhem"də baş məşqçi vəzifəsinə əsas namizəd odur

"Tottenhem" yeni baş məşqçi axtarışını davam etdirir.

Newsport.az "The Telegraph"a istinadən xəbər verir ki, Ayaks"ın çalışdırıcısı Erik Ten Haq bu vəzifə üçün əsas namizəd hesab olunur.

Klub əvvəllər "Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmannla maraqlanırdı. Lakin bu gün "Bavariya" 33 yaşlı mütəxəssisin təyinatını açıqlayıb. London təmsilçisi Ralf Ranqnik və İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt variantlarını da nəzərdən keçirir.

Qeyd edək ki, "Tottenhem" aprelin 19-u baş məşqçisi Joze Mourinyo ilə yolları ayırıb. Komandanı müvəqqəti olaraq Rayan Meyson çalışdırır.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right