"Bavariya" yeni baş məşqçisini açıqladı

"Bavariya" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, "Leyptsiq"in çalışdırıcısı Yulian Naqelsmann karyerasını Münhen təmsilçisində davam etdirəcək. O, iyulun 1-dən yeni klubunda işinə başlayacaq. 33 yaşlı mütəxəssislə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb.

Beləliklə, Naqelsmann "Bavariya" tarixində ən gənc məşqçi olacaq.

Qeyd edək ki, Münhen təmsilçisini bu mövsümün sonuna kimi hazırkı baş məşqçisi Hans-Diter Flik çalışdıracaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right