“Bavariya” UEFA ilə razılaşdı

“Bavariya” rəhbərliyi ev oyunlarını keçirdiyi "Allians Arena"nın Avro-2020-nin matçları ilə əlaqədar tamaşaçı tutumunun artırılmasına icazə verib.

Newsport.az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. UEFA Münhendə keçirilməli olan 1/4 final görüşü üçün minimum tamaşaçı sayının təmin edilmədiyinə görə şəhərdən ev sahibliyini almaq planlaşdırsa da, “Bavariya” qitənin ali futbol qurumunun tələbinə razılıq verib. Klub rəhbərliyi “Bavariya” rəhbərliyi lazım olan  14.500 nəfərlik azarkeş qəbuluna şərait yaradılacağını bildirib.

Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. UEFA-ya azarkeşlərlə bağlı təminat verən Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək.

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right