“Zidanın oğlu olmağım mənə problem yaradır”

“Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan soyadının onun həyatına təsirlərindən danışıb.

Newsport.az “Foot Mercato”ya istinadən xəbər verir ki, hazırda “Rayo Valyekano”da çıxış edən 22 yaşlı qapıçı Zinəddin Zidanın oğlu olmasının ona problemlər yaratdığını deyib:

“Mənim belə bir atamın olmasının həm müsbət, həm də mənfi tərəfləri var. Atama mənim üçün etdiklərinə görə sonsuz minnətdaram. Ancaq soyadım həddindən artıq diqqət çəkir və bəzən faydalardan daha çox problem olur. İnsanlar hər şeydən əvvəl  kim olduğumu deyil, Zinəddin Zidanın oğlu olduğumu düşünürlər. Kimsə bizdən fantastik bir şey gözləyir. Çünki biz Zidanın övladlarıyıq. Amma çox az adam anlayır ki, biz karyeramızda uğur qazanmaq üçün çox çalışmalıyıq”.

Qeyd edək ki, Luka 2018-2020-ci illərdə “Real”da çıxış edib. O, həmçinin Fransa U-16, U-17, U-18, U-19, U-20 milli komandalarında da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right