Son çempion liqadan uzaqlaşdırıldı, klub dağıldı

Çinin son çempionu "Çzyansu Sunin" əsas liqadan kənarlaşdırılıb və klub dağılıb.

Newsport.az xəbər verir ki, buna klubun maddi problem yaşaması səbəb olub. Nankin təmsilçisinin rəhbərliyi əvvəlcə komanda üçün yeni sponsorlar taparaq, onu əsas liqada saxlaya biləcəklərinə inansa da, nəticə ürəkaçan olmayıb. Klub maddi tələbi təmin edə bilmədiyinə görə Çin Futbol Federasiyasının qəearı ilə "elita"dan uzaqlaşdırılıb. Bu da "Çzyansu Sunin"in dağılmasına gətirib çıxarıb.

Qeyd etmək lazımdır ki, Çin klublarının maliyyə problemlərinə baxmayaraq, onlar əsas liqaya 16 komandanı toplamağı bacarıblar. "Çzyansu Sunin"in əvəzinə isə çempionata Şiyiazuzanq şəhərini təmsil edən "Çançjoy Mayt Lions"un buraxılmasına qərar verilib.

Əlavə edək ki, Çində daha 5 klub ikinci və üçünci liqada oynamaqdan imtina edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right