Suares Haaland və Mbappe arasında seçim etdi

"Atletiko"nun futbolçusu Luis Suares Erlinq Haaland ("Borussiya" Dortmund) və Kilian Mbappe (PSJ) haqqında fikirlərini bölüşüb.

Newsport.az "Football Espana"ya istinadən xəbər verir ki, o, sözügedən oyunçularla bağlı deyib:

“Haaland möhtəşəm formada olan əla bir oyunçudur. Güclü fiziki gücə sahibdir, dünyanın ən yaxşı "9" nömrəsindən biridir. Onunla Mbappe arasında seçim məsələsində, Erlinqə bir az daha çox üstünlük verərdim. Amma Mbappe də yüksək səviyyədədir".

Qeyd edək ki, Haaland bu mövsüm 31 matçda 33 qol vurub, 8 qolun ötürməsini verib. Mbappe isə 36 oyunda 30 qol və 9 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right