“Şalke”də yeni baş məşqçi

Almaniyanın “Şalke” klubunun yeni baş məşçqisi müəyyənləşib.
 
Newsport.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı Dimitrios Qrammozis çalışdıracaq. 42 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.
 
Yunanıstanlı məşqçi bu vəzifədə bir neçə gün öncə istefaya göndərilən Kristian Qrossu əvəz edib.
 
“Şalke” Bundesliqada 23 turdan sonra 9 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Qrammozis daha öncə Almaniyada “Boxum” və “Darmştadt” klublarını çalışdırıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right