PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/8 finalının “Barselona” ilə keçiriləcək cavab matçı haqda danışıb.
Newsport.az xəbər verir ki, argentinalı mütəxəssis “Le Parisien”ə açıqlamasında “Nou Kamp”da rəqiblərinə 4:1 hesabı ilə qalib gəldiklərinə baxmayaraq, Kataloniya klubunun geridönüş etməsinin mümkün olduğunu bildirib:
“Futbolda istənilən nəticə qeydə alınır. Hətta ən gözlənilməz hesab da olur. Hər halda biz müsbət əhval-ruhiyyədəyik. Hər matça eyni çəkildə hazırlaşırıq. İndi nəyin qazanılması lazım olduğunu düşünürük”.
Qeyd edək ki, PSJ – “Barselona” matçı martın 10-da keçiriləcək.