Zidan: "Çoxlu zədəlimiz var"

“Real”ın baş məşqçisi Zinəddin Zidan komandada zədəlilərlə bağlı durumdan danışıb.

Newsport.az-ın məlumatına görə, fransalı mütəxəssis hazırda “Real”da çoxlu zədəli oyunçu olduğunu söyləyib: “Ümid etmək istərdim ki, onlar tezliklə sağalacaq. Amma bunun gələn həftə olub-olmayacağını bilmirəm. Hazırda oynayan futbolçular işlərinə və kluba sadiqdirlər. Biz onlarla oynamalıyıq. Bu, çətindir, amma davam etməliyik”.

Xatırladaq ki, dünən La Liqanın 24-cü turunun “Valyadolid”a qarşı görüşündə “Real” qələbə qazanıb (1:0). Bu oyunda Eden Azar, Kərim Benzema, Eder Militao, Serxio Ramos, Dani Karvahal, Marselo, Rodriqo, Alvaro Odriosola və Federiko Valverde iştirak etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right