Gündoğan məşqçi olacaq

“Mançester Siti”nin oyunçusu İlkay Gündoğan futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlamaq istəyir.

Newsport.az goal.com-a istinadən xəbər verir ki, bu haqda 30 yaşlı yarımmüdafiəçi özü danışıb. Türk əsilli almaniyalı oyunçu deyib:

“Bir müddət əvvəl məşqçilik lisenziyası almaq üçün lazım olan məlumatlarla maraqlandım. Mənim üçün məşqçi olmaq fikri sadəcə bu barədə düşünməkdən daha çox şeydir. Pep Qvardiola, Yurgen Klopp, Tomas Tuhel kimi çalışdırıcılarla - dünyanın ən yaxşı məşqçiləri ilə işləmişəm. Onlardan çox şey öyrəndim və karyeram bitdikdən sonra bu bilikləri ötürmək istəyirəm”.

Qeyd edək ki, daha əvvəl karyerasını “Mançester Siti”də bitirəcəyi haqda açıqlama verən Gündoğan bu mövsüm Premyer Liqada 18 matçda 11 qol vurub və 2 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right