Dünya çempionatının ən yaxşıları açıqlandı

"Bavariya"nın hücumçusu Robert Levandovski klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

Newsport.az xəbər verir ki, ikinci yeri Meksikanın "Tiqres" komandasının hücumçusu Andre-Pyer Jinyak tutub. "Bavariya"nın müdafiəçisi Yozua Kimmix 3-cü olub.

Levandovski bu turnirdə 2 qol vurub, 1 qolun ötürməsini edib.

Qeyd edək ki, Qətərdə keçirilən klublararası dünya çempionatının finalında ötən gün "Bavariya" Meksikanın "Tiqres" klubuna 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right