Sevgilisinin ölümünə görə "Bavariya"nın düşərgəsini tərk etdi

"Bavariya"nın müdafiəçisi Jerom Boatenq klublararası dünya çempionatının finalında fevralın 11-i keçiriləcək "Tiqres"lə (Meksika) final matçını buraxacaq.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, avstriyalı futbolçu şəxsi səbəblərdən vaxtından əvvəl klubun düşərgəsini tərk edərək Münhenə gedib.

"Sport Bild" yazıb ki,  32 yaşlı futbolçu gedişinin səbəbi onun keçmiş sevgilisi Kasia Lenhardt ölümüdür. 25 yaşlı model Berlində yaşadığı mənzildə ölü tapılıb.

Qeyd edək ki, ölümün səbəbi hələ müəyyənləşdirilməyib, lakin polisin qətl şübhəsi yoxdur. İntihar versiyası nəzərdən keçirilir.

Xatırladaq  ki, bir həftədə əvvəl Boatenq və Lehnhardt ayrılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right