Noyer Bundesliqada yeni rekorda imza atdı

Manuel Noyer futbol üzrə Almaniya Bundesliqasında unikal rekorda imza atıb.

Newsport.az xəbər verir ki, 34 yaşlı qolkiper Bundesliqa çərçivəsində eyni rəqibə qarşı 16 ardıcıl qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacaran ilk futbolçuya çevrilib.

O, bunu ötən gecə Bundesliqanın 20-ci turu çərçivəsində “Herta”ya qarşı keçirdikləri oyunda rəsmiləşdirib. Münhen təmsilçisi bu görüşdə 1:0 hesabıyla qalib gəlib.

Noyer daha öncə də Almaniya çempionatı çərçivəsində “Herta”ya qaşrı keçirilmiş oyunlarda qapısını toxunulmaz saxlamağı bacarmışdı.

Qeyd edək ki, “Bavariya” geridə qalan turlarda topladığı 48 xalla Bundesliqanın lideridir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right