"Arsenal"dan "Şalke"yə keçdi

Almaniyanın "Şalke" klubu İngiltərə təmsilçisi "Arsenal"ın müdafiəçisi Şkodran Mustafini transfer edib.

 

Newsport.az xəbər verir ki, helzenkirxenlilər bu keçid üçün London klubuna təzminat ödəməyib. Almaniya millisinin keçmiş üzvü ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

"Topçular" 28 yaşlı oyunçunu 2016-cı ildə "Valensiya"dan 41 milyon avroya transfer etmişdi. O, bu mövsüm 9 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right