Flik "Bavariya"dan ayrılır

"Bavariya"nın baş məşqçisi Hans Flikl mövsümün sonunda vəzifəsindən ayrılacaq.

Newsport.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 55 yaşlı mütəxəssisin İdarə Heyətinin sədri Karl-Haynts Rummeniggenin klubdan getməsi səbəbindən komandanı tərk edəcəyi bildirilib.

Baş məşqçinin Hasan Salihamiciçlə qarşıdurmada olduğu da qeyd olunub. Flikin Almaniya yığmasında Yoahim Lövün əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Hans Flik 2019-cu ildən "Bavariya"nı çalışdırır. Onun klubla sözləşməsi 2023-cü ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right