"Ayntraxt" "Real"a sataşdı

Almaniyanın “Ayntraxt” klubunun mətbuat xidməti “Real”la zarafat edib.

Newsport.az xəbər verir ki, “Aytraxt”ın müqavilə ilə Madrid klubuna məxsus futbolçusu Luka Yoviç Bundesliqanın 16-cı turunda “Şalke” ilə görüşdə dubl etməsi buna səbəb olub.


Frankfurt təmsilçisi sosial şəbəkə hesabında serbiyalı hücumçunun  qollarının videogörüntüsünü paylaşaraq yazıb:

“Siz sadəcə ona şans vermliydiniz. Bu necə gözəl bir qayıdışdır, Luka?!”

Qeyd edək ki, “Real” 23 yaşlı hücumçunu  “Aytraxt”dan transfer etdikdən sonra baş məşqçi Zinəddin Zidan onun çıxışını bəyənməyib və Yoviçi Almaniya klubuna icarəyə göndərib. Mövsümün sonunadək “Ayntraxt”da çıxış edəcək Yoviçin “kral klubu” ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right