Türkiyəli futbolçu ermənilərin yalanını ifşa etdi

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq hücumçusu Umut Bulut öz adından Ermənistan mətbuatında yayılan açıqlamalara münasibət bildirib.
 

Newsport.az-ın məlumatına görə, hazırda "Yeni Malatyaspor"da çıxış edən 37 yaşlı hücumçu "Umut Bulut19" “Tvitter” hesabının ona məxsus olmadığını söyləyib.
 
Təcrübəli oyunçu bütün Azərbaycan xalqına salamlarını çatdırıb.
 
Xatırladaq ki, sözügedən “Tvitter” hesabında Umut Bulutun adından Azərbaycan əleyhinə xoşagəlməz ifadələrə yer verilib və ermənilərə dəstək nümayiş etdirilib. Bunun elə ilk günlərdən saxta olduğu üzə çıxsa da, Umut Bulut özü də məsələyə münasibət bildirməyi lazım bilib.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right