Rakitiç “Sevilya”nı hovuza tullanmaqla təbrik etdi

“Barselona”nın futbolçusu İvan Rakitiç keçmiş klubu “Sevilya”nı Avropa Liqasının qalibi olması münasibəti ilə fərqli formada təbrik edib.

Newsport.az xəbər verir ki, o, Xorvatiya kanallarının birinə canlı bağlantı ilə qoşulub. 32 yaşlı yarımmüdafiəçi bu zaman paltarlı vəziyyətdə özünü hovuza atıb və bununla "Sevilya"nı təbrik etmək istədiyini söyləyib.
 
Qeyd edək ki, “Sevilya” ötən gecə “İnter”ə 3:2 hesabı ilə qalib gəlməklə turnirin çempionu adını qazanıb. İ.Rakitiç 2011/14-cü illərdə bu komandada çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right