"Qalatasaray"da yeni rekordçu

Türkiyə Superliqasının 32-ci turunda "Ankaragücü" ilə səfər matçı (0:1) “Qalatasaray”ın futbolçusu  Emin Bayram üçün əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Fatih Terim kapitanlıq sarğısını 17 yaşlı bu müdafiəçiyə həvalə edib.

Bununla da Emin Bayram “Qalatasaray”ı kapitan sarğısı ilə meydana çıxaran ən gənc futbolçu kimi klubun tarixinə düşüb. O, həm də Superliqada ilk dəfə oyuna start heyətdə başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right