Ronald Kumanın "Barselona" etirafı

Niderland millisinin baş məşqçisi Ronald Kuman yaxın keçmişdə "Barselona"dan təklif aldığını açıqlayıb.

 

Newsport.az-ın məlumatına görə, 57 yaşlı çalışdırcı katalonların Ernesto Valverde ilə yollarını ayırdıqdan sonra ona müraciət etidiyini bildirib:

 

"Barselona" mənə bir neçə dəfə təklif göndərdi. Ancaq mən sözümün üstündə durdum və Avropa çempionatında oynayacağı üçün Niderland yığmasında qaldım. Gələcəkdə necə olacağını görəcəyik. AÇ-2020-dən sonra millidən ayrılmaq ehtimalım yaranmışdı. Ancaq turnir təxirə salındı. Hər kəs xəyalımın "Barselona"nı çalışdırmaq olduğunu bilir".

 

Keçmiş niderlandlı futbolçu 1989-1995-ci illərdə "Barselona"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right