"İnter" Sançesi almır - "Yunayted"ə qayıdır

"İnter"də icarə əsasında çıxış edən Aleksis Sançes bu yay müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"ə qayıtmağa yaxındır.

Newsport.az-ın məlumatına görə, A seriyası təmsilçisi çilili hücumçunu birdəfəlik almaq hüququndan istifadə etməyi planlaşdırmır. Bildirilir ki, komandanın baş məşqçisi Antonio Konte 31 yaşlı futbolçunu növbəti mövsüm üçün heyətdə görməyi düşünmür. O, daha gənc və maaşı normal olan oyunçuların alınmasını istəyir.

Qeyd edək ki, A.Sançes bu mövsümü əvvəlindən icarə əsasında "İnter"də oynayır.

Xatırladaq ki, bundan əvvəl "MY"nın baş məşqçisi Ole-Qunnar Sulşer də Sançesin geri qayıtmalı olduğunu söyləmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right