Çeferin ingilislərə səsləndi: "Bu turniri ləğv edin"

UEFA-nın prezidenti Aleksandr Çeferin İngiltərə Futbol Federasiyasını liqa kuboku turnirni ləğv etməyə çağırıb.

 

Newsport.az-ın məlumatına görə, sloveniyalı funksioner təqvimin sıxlığını aradan qaldırmaq üçün ingilislərə belə qərar verməyi məsləhət görüb:

 

“Bundan sonra Fransada liqa kuboku keçirilməyəcək. Bu turniri təşkil edən ölkələrdən yalnız İngiltərə qalıb. Bu turnirin lğv edilməsi ilə vəziyyətin daha yaxşı olacağını hamı bilir. Ancaq problem budur ki, liqa kubokunda iştirakla yaxşı vəziyyətdə olmayan klublar maliyyələşir. Bunu anlayıram. İngilislər əsrləs boyu aktual olan ənənələrə sadiqdirlər”.

 

İngiltərədə Federasiya kuboku ilə yanaşı, Liqa kuboku da keçirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right