Aykut Kocaman istefaya göndərildi

Türkiyənin “Konyaspor” klubu baş məşqçisi Aykut Kocamanla yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, 54 yaşlı çalışdırıcının müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Kocaman 2018-ci ilin noyabrından “Konyaspor”u çalışdırırdı. Türkiyəli mütəxəssis 2005-2006, 2014-2017-ci illərdə də Konya klubunun baş məşqçisi olub.

“Konyaspor” Sper Liqada 21 oyundan sonra 20 xalla 14-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right