Ailəsi "Qarabağ"a keçməsinə icazə vermədi

Rumıniyanın "Voluntari" klubunun yarımmüdafiəçisi Aissa Layduninin "Qarabağ"a transfer baş tutmayıb.

 

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi Rumıniya klubu ilə anlaşsa da, futbolçunun transferi reallaşmayıb. Buna səbəb 23 yaşlı futbolçunun ailəsinin bu transferə qarşı olmasıdır. Fransalı futbolçunun ailəsi oyunçunun Azərbaycanda çıxış etməsini istəməyib.

 

Antalya toplanışı zamanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bir futbolçu ilə anlaşdıqlarını, ancaq son anda keçidin baş tutmadığını açıqlayarkən Laydunini nəzərdə tutmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right