Həlak olan oğluna verdiyi sözu tutdu Komandasını çempion etdi

Bu günlərdə başa çatan Meksika çempionatında həssas anlar yaşanıb.

Newsport.az-ın məlumatına görə, hadisə “Monterey”in “pley off”un finalında “Amerika”ya penatilər seriyasında 4:2 hesabı ilə qalib gəldiyi oyun yekunlaşanda baş verib. “Monterey” bu qələbə sayəsində 2010-cu ildən sonra ilk dəfə çempion olub. Futbolçular meydana girib qələbəni bayram etdiyi anda komandanın baş məşqçisi Antonio Mohamed texniki zonada əyləşərək hönkür-hönkür ağlamağa və dua etməyə başlayıb (həmin anlar bu videoda).

Bunun səbəbləri haqda yazan xarici media bildirir ki, Antonio Mohamed 1998-2000-ci ildə futbolçu kimi “Monterey”də çıxış edib. Bu müddətdə Antonionun oğlu Fəridin kluba sevgisi yaranıb. Mohamed oğluna söz verib ki, bir zaman o yenidən bu komandaya qayıdacaq və onu çempion edəcək. Amma azyaşlı Fəridə bu anı görmək qismət olmayıb. O, 2006-cı ildə Almaniyada ağır yol qəzası zamanı həlak olub. Antonio isə həmin qəzada ağır yaralanıb, hətta ayağını itirmək təhlükəsi qarşısında qalıb.
Qəzanın baş verməsinə isə Fəridin Argentinanın dünya çempionatındakı oyununa çatmaq üçün atasına maşını sürətlə sürməyi xahiş etməsi olub.

Bu faciə onun ailəsində ciddi münaqişəyə, yekunda həyat yoldaşı ilə ayrılığa səbəb olub. Bütün bunlara baxmayaraq, Antonio Mohamed futbol fəaliyyətini davam etdirib, öz üzərində ürəkdən çalışıb və 13 il əvvəl oğluna verdiyi sözü tutaraq komandasını çempion edə bilib.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right